“Zirə” afrikalı futbolçu transfer edir

“Zirə” afrikalı futbolçu transfer edir
Oxunma sayı: 720

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirir.

"Qafqazinfo" xəbər verir ki, qəsəbə təmsilçisi bir müddətdir danışıq aparılan kamerunlu vinger Luis Rodriq Bonqonqi ilə anlaşma əldə edib. Tərəflərin qarşıdakı günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Fransa “Sedan”ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi “Les Erbye” və “Paris” klublarının da formasını geyinib. O, həmçinin Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel” (Hadera) komandalarında da çıxış edib.