“Zirə” 6 futbolçusu ilə yollarını ayırdı

zire-6-futbolcusu-ile-yollarini-ayirdi
Oxunma sayı: 1563

“Zirə” 6 futbolçusu ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Hamidu Keyta, Coşqun Diniyev, Loris Bronyo, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə başa çatan müqavilə yenilənməyəcək.

Qeyd edək ki, adıçəkilən futbolçulardan Hamidu Keyta “Qarabağ”la anlaşıb.