Zəlzələ altında qalan fenomenin bu müsahibəsi gündəm oldu

zelzele-altinda-qalan-fenomenin-bu-musahibesi-gundem-oldu
Oxunma sayı: 10782

Sosial media fenomeni olan Taha Duymaz ailəsi ilə birgə yaşadığı Hatayın Yayladağ rayonunda zəlzələnin dağıntıları altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra onun 1 il əvvəl verdiyi müsahibə yenidən sosial mediada gündəmə gəlib.

“Evimiz çox köhnə idi, su keçirirdi. Mən dağılmasını istəmirdim, o evdə çox xoşbəxt idim. Sosial mediada səsimi eşitdilər. Onun yerində yeni ev tikildi. Əslində, bu mənim üçün əhəmiyyətli deyildi. Mənim mədsədim uşaqlığımdan indiyə kimi ailəmin xoşbəxt olmasıdır. Çox şükür bunu bacardım”, - Taha müsahibəsi zamanı deyib.

Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb.