Zelenski Bill Klintonla danışdı

Zelenski Bill Klintonla danışdı
Oxunma sayı: 1035

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın sabiq Prezidenti Bill Klintonu dünya ictimaiyyətinin diqqətini Rusiyanın nüvə terroruna yönəltməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

“ABŞ Rusiyanın bu münaqişəni dondurmasının qarşısını almaqda bizə kömək edir. Rusiya məhz buna can atır. Biz “dondurulmuş münaqişələr” zamanı nə baş verdiyini yaxşı bilirik. Bu, illərlə, onilliklərlə davam edir. Biz buna yol verə bilmərik”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.