Zaur Afşin Azərini efirdən qovdu - Video

Zaur Afşin Azərini efirdən qovdu
Oxunma sayı: 17447

Aparıcı Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Zaur “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb. 

“Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib. 

Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib.