Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib
Oxunma sayı: 662

Zaqatala Dövlət Təbiət Qoruğunda yanğın baş verib.


“Qafqazinfo”nun məlumatına görə, yanğın bu gün Qoruğun Balakən rayonu Qullar kənd inzibati ərazisindəki qoz bağında baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb.

Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

Mübariz Məmmədov