Yol polisində yeni təyinat

Yol polisində yeni təyinat
Oxunma sayı: 12869

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis leytenantı Elşən İsmayılov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə baş inspektor təyin olunub.

O, bu təyinatadək Baş Dövlət Yol Polisinin 9-cu taqımında çalışıb.