Yevlaxda iki maşın toqquşdu - Ölən var+Fotolar

Yevlaxda iki maşın toqquşdu
Oxunma sayı: 2724

Yevlaxda iki minik avtomobili toqquşub, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı maşınlardan biri hissələrə ayrılıb. Qəza zamanı 60 yaşlı Yevlax rayon sakini Elzamin Məmmədov dünyasını dəyişib. 36 yaşlı Sənan Mirzəyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Elmar Əli