Yenilənmiş “Nu, poqodi!” - Video

Yenilənmiş “Nu, poqodi!”
Oxunma sayı: 2715

“Soyuzmultfilm” “Comic Con Russia & ИгроМир 2021” onlayn tədbir çərçivəsində əfsanəvi sovet cizgi filmi “Nu, poqodi!”nin yenilənmiş versiyasının ilk treylerini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, “Nu, poqodi! Tətil” adlanan ekran işində Dovşanı Dmitri Xrustalyov, Canavarı isə Qarik Xarlamov səsləndirib. Cizgi filminin premyerası bu ilin dekabrına planlaşdırılıb. 

Treylerdə, həmçinin bir neçə yeni personaj yer alıb. Məsələn, porsuq Tim, kirpi Şu və cüyür Ulya.

“Soyuzmultfilm”in nümayəndələrinin sözlərinə görə, qəhrəmanlar sərbəst danışmayacaq, lakin bəzən “Nu, poqodi!” kimi qısa ifadələr işlədəcək.