Yasamaldakı yanğın söndürüldü - Yenilənib

Yasamaldakı yanğın söndürüldü
Oxunma sayı: 3009

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın zirzəmisində taxta tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Yasamal rayonunda hər mərtəbəsi 900 m² olan 6 mərtəbəli (zirzəmisi 2 qatdan ibarət olan) qeyri-yaşayış binasının zirzəmisində tikinti materialları (laminat, boya məhsulları və s.) 200 m² sahədə yanıb.

Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Zirzəminin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.