Yaponiyada 5,8 bal gücündə zəlzələ

Yaponiyada 5,8 bal gücündə zəlzələ
Oxunma sayı: 803

Yaponiyanın şimal şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Fukuşima prefekturasının sahillərində, ocağının 30 kilometr dərinlikdə yerləşdiyi qeyd olunur.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in operatorunun yaydığı məlumata görə, stansiya ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb.

Yeraltı təkanlar Yaponiyanın şimalında və şimal-şərqində yerləşən prefekturalarda da hiss edilib.