Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı

Yanğın səbəbindən 9 kəndin qaz təchizatı dayandırıldı
Oxunma sayı: 1317

Bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

"Azəriqaz"dan "Qafqazinfo"ya verilən məlumata görə, yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.