Yair Lapid İsrailin Baş naziri vəzifəsinin icrasına başladı

yair-lapid-israilin-bas-naziri-vezifesinin-icrasina-basladi
Oxunma sayı: 1490

Yair Lapidin İsrailin Baş naziri olması rəsmiləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lapid noyabrın 1-də keçiriləcək seçkilərə qədər ölkəyə müvəqqəti Baş nazir kimi rəhbərlik edəcək.

Belə ki, Naftali Bennet parlamentin dünən buraxılmasından və noyabrın 1-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın açıqlanmasından sonra Baş nazir postunu koalisiya tərəfdaşı Yair Lapidə təhvil verib.

Növbədənkənar seçki qərarının verildiyi cümə axşamının sonuna qədər koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edən Lapid rəsmi olaraq ölkənin 14-cü Baş naziri olub.

İsrail Baş Nazirliyinin rəsmi tviter hesabından edilən paylaşımda Lapidin yeni vəzifəsi üçün xüsusi olaraq çəkilmiş fotoşəkili paylaşılaraq “İsrail Baş naziri Yair Lapid” başlığı qeyd edilib.