“Ya mənim uşağımı öldürüb, ya da...” - Kürəkənini ittiham etdi + Video

“Ya mənim uşağımı öldürüb, ya da...”
Oxunma sayı: 3292

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 10 gündən çox müddət keçməsinə baxmayaraq qadının yerini müəyyən etmək mümkün olmayıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Asimənin valideynləri REAL TV-nin “Problem” verilişinə müraciət ediblər. Onlar qızlarının həyat yoldaşı Azər Nağıyev tərəfindən öldürülümə ehtimalından danışıb.

Asimənin atası Məmmədəli Məmmədov qızının itkin düşməsində kürəkənini ittiham edib: “Qızıma zülm və işgəncə verirdi. Bir neçə dəfə evdən qaçmışdı. Həm bizə, həm də nənəsigilə getmişdi. Boşanmaqla bağlı ərizə də vermişdi. Sonra yalvardılar bizə qızı apardılar. İstəyim budur ki, balamız tapılsın. Onun ölü və ya diri olmasını bilmək istəyirik”.

İtkin düşmüş qadının anası Nabat Mehdixanovanın sözlərinə görə, qızı bir neçə dəfə boşanmaq istəyib: “Qızım çox deyirdi ki, boşanmaq istəyir. Çünki əri hər gün spirtli içki qəbul edirdi. Mən belə fikirləşirəm ki, ya mənim uşağımı öldürüb, ya da onu çölə çıxardıb ki, o da bir mərdimazara rast gəlib”.