“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı - Video

xutorda-narkotik-satan-daha-13-nefer-saxlanildi
Oxunma sayı: 2210

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində rayonun "Xutor" adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.