“Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır - Fotolar

“Xocəsən” stansiyasında tikinti-quraşdırma işləri tamamlanır
Oxunma sayı: 1837

vşəyi ttin Xocən sində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, gələcəkdə xətdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada üzlənmə işlərinə başlanılacaq.

Stansiyanın əvvəllər tikintinin ikinci mərhələsində inşa olunması nəzərdə tutulsa da, Xocəsən qəsəbəsi üçün əhəmiyyəti nəzərə alınaraq, birinci mərhələnin sonunda tam hazır vəziyyətə gətiriləcək. Bu isə nəinki qəsəbə sakinləri və bura üz tutan sərnişinlərin, eyni zamanda bir sıra yerüstü nəqliyyat vasitələrini bu stansiyaya bağlamaqla şəhərin şimal girişi istiqaməti və 20 Yanvar meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər.