Xarkov atəşə tutuldu - Ölənlər var

Xarkov atəşə tutuldu
Oxunma sayı: 1382

Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində azı 6 nəfər həlak olub, 16 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, Xarkovun yaşayış infrastrukturu yenidən atəşə tutulub və nəticədə genişmiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Partlayış nəticəsində həlak olan və yaralananların sayının artacağı gözlənilir.