Voleybol millimiz Konyada bürünc medal qazandı

Voleybol millimiz Konyada bürünc medal qazandı
Oxunma sayı: 1038

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün üçüncü yer uğrunda görüşdə Kamerun yığmasını sınağa çəkib.

“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda qarşılaşmada Eldar Yusubovun rəhbərlik etdiyi yığma Kamerun millisinə 3:0 (27:25, 25:13, 25:17) hesabı ilə qalib gəlib.

Beləliklə, qadınlardan ibarət komandamız V İslam Həmrəyliyi Oyunlarında bürünc medalın sahibi olub.