“Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü - Təmsilçilərimizin möhtəşəm çıxışı

“Vindzor Kral Atçılıq Şousu”nun 1-ci günü
Oxunma sayı: 1813

Mayın 12-də Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi “Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Atçılıq Federasiya­sından “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycandan Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı olaraq baxdığı 6 dəqiqəlik “Odlar yurdu” ta­ma­şasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

13-15 may tarixlərində Azərbaycan heyətinin daha 3 çıxışı nə­zərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanal­larında və internet platformalarında canlı ola­raq təqdim olunacaq.