Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi
Oxunma sayı: 9738

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

“Qafqazinfo” “Unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Mirxəyal Hüseynov təyinat alıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü M.Hüseynov daha əvvəl Masallıda dövlət yol polisi müfəttişi, Göyçayda və Lənkəranda DYP komandiri vəzifəsində çalışıb.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mirxəyal Hüseynov rütbəcə polis baş leytenantıdır.

O, Lənkəran Şəhər RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl həmin bölmənin yol patrul xidmətində baş inspektor vəzifəsində işləyib.

Məlumatı DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiqləyiblər.

Amin Nəzərli