Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi

Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi
Oxunma sayı: 8750

Şəmkir rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsindən azad edilib.

"Qafqazinfo"nun xəbərinə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, bölmənin rəisi, polis mayoru Fəqan İsmayılov vəzifəsindən azad edilərək Sumqayıt şəhər Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölməsinə komandir təyin olunub. 

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə hələlik təyinat olmayıb

Elmar Əli