Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
Oxunma sayı: 5825

Tovuz Rayon Polis Şöbəsinin rəisi işdən azad edilib.

"Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Tovuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Hazırda onun yerinə təyinat yoxdur.

Polis Şöbəsi rəis vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Şahlar Cəfərova həvalə edilib.