Vətən müharibəsindən ən yaxşı roman yazana 10 min manat veriləcək

Vətən müharibəsindən ən yaxşı roman yazana 10 min manat veriləcək
Oxunma sayı: 1198

Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edir.

“Qafqazinfo” xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycanın hərb salnaməsinə və dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində qazanılmış şanlı qələbinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, Vətən müharibəsindəki böyük zəfərin bədiiləşdirilməsi və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi əsərlər vasitəsilə məlumatlandırılmasıdır.

Əsərlərdə Vətən müharibəsinin təsviri, 44 gün ərzində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.

Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: roman, dram, mənzum hekayə.

Müsabiqənin şərtləri ilə buradan tanış ola bilərsiniz.

Müsabiqənin mükafat fondu:

Roman janrı üzrə qalib

10 000 min manat pul mükafatı və Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq

Dram janrı üzrə qalib

5 000 manat pul mükafatı və müsabiqənin fəxri diplomu ilə təltif olunacaq

Mənzum hekayə janrı üzrə qalib

5 000 manat pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə təltif olunacaq

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 493 06 80.