Vəkillərin 500 manat cərimələnməsi təklifi parlamentdə müzakirə olunur

01.07.2021 | 17:12 Oxunma sayı: 15
Vəkillərin 500 manat cərimələnməsi təklifi parlamentdə müzakirə olunur

Milli Məclisin komitələrinin videokonfrans formatında birgə iclasında Mülki Prosessual Məcəllə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.

“Kriminal Qafqaz” xəbər verir ki, iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, Vəkillər Kollegiyasının üzvləri və hakimlər iştirak edirlər.

Birgə iclasda Mülki Prosessual Məcəllədə 160-dək maddənin dəyişməsi müzakirə olunur.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Eyni zamanda “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, məhkəmə ilə bağlı bir sıra rüsumlar artırılır.

Bu məsələ Milli Məclisdə qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı mübahisələrə yol açıb və etirazlara səbəb olub.

Milli Məclis sədrinin tövsiyəsi ilə parlamentdə vəkillərin və hakimlərin iştirakı ilə qanun layihəsinin geniş müzakirəsi təşkil olunub.

Digər xəbərlər