Vasif Talıbov YAP-ın tədbirində niyə yox idi?..

Vasif Talıbov YAP-ın tədbirində niyə yox idi?..
Oxunma sayı: 14440

Ötən gün Heydər Əliyev Mərkəzində YAP-ın 30 illiyinə həsr olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, partiyanın İdarə Heyətinin üzvü Vasif Talıbovun iştirak etməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.

Həmçinin oxuyun: Вопросы покойному Бабеку Самидли задавал Фархад Ахмедов

Dünəndən sosial şəbəkədə sözügedən iddia müzakirələrə səbəb olsa da, YAP bu barədə heç bir rəsmi açıqlama yaymayıb. “Qafqazinfo” olaraq mövqe öyrənməyə çalışsaq da, hakim partiya mövzuya heç bir münasibət bildirməyib.

Naxçıvanın Bakıdakı nümayəndəliyi də sualı eşidəndən sonra telefonu bağlayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Naxçıvan Bank"ın "Bakı" şöbəsinin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, noyabrın birində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. Məlumatlara görə, bu siyasət davam etdirilərək yaxın vaxtlarda digər hüquq-mühafizə orqanlarının da eyni qaydada ləğv olunub baş idarə kimi fəaliyyət göstərəcəyi gözlənilir. 

Bu arada həm ictimaiyyət, həm də ekspertlər tərəfindən Naxçıvanla bağlı aparılan son islahatlar dövlətçiliyin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirilir.