Vaqif Əsədov dəfn olundu - Video

Vaqif Əsədov dəfn olundu
Oxunma sayı: 10454

Xalq artisti, rejissor aktyor Vaqif Əsədov dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, mərhumun ailə üzvləri, yaxınları, həmkarları iştirak ediblər.

Qeyd edək ki, V. Əsədov mayın 19-da 75 yaşında vəfat edib.

Xatırladaq ki, 2020-ci ildə onun oğlu Oqtay Əsədov, 2021-ci ildə isə Ukraynada təhsil alan nəvəsi Emil Əsədov dünyasını dəyişmişdi.