ÜST koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırlayıb

ÜST koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırlayıb
Oxunma sayı: 2099

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan bütün məlumatları açıq şəkildə ÜST-lə bölüşüb və bölgələrdə işin aparılmasına dəstək olub.

"Azərbaycanda yüksək səviyyədə hakimiyyət rəsmilərinin koronavirusla mübarizədə göstərdikləri diqqətə görə təşəkkür edirəm", - deyə Harmancı video-konfrans zamanı bildirib.

H.Armancı Azərbaycanda koronavirusla mübarizədə həkimlərin işinin əvəzedilməz olduğunu bildirərək ÜST-ün Azərbaycandakı missiyasının koronavirusla mübarizə ilə bağlı hökumətə tövsiyələr hazırladığını və hesabatın bir neçə həftəyə hazır olacağını deyib.

ÜST rəsmisi avqustun 5-dən sonra Azərbaycanda sərtləşdirilmiş karantin rejiminin yumşalacağı ilə bağlı qabaqcadan fikir bildirməyin düzgün olmadığını söyləyib:

“5 avqustdan sonra Operativ Qərargah hansı qərarları verəcək və həyatımızda nələr dəyişəcək – bunu mənim təxmin etməyim mümkün deyil”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi