“Uşaqlıq” monopyesi Batumidə

“Uşaqlıq” monopyesi Batumidə
Oxunma sayı: 1403

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın Batumi Beynəlxalq Monodram Festivalında qalib gələn “Uşaqlıq” monopyesi bu yaxınlarda Batumidə nümayiş olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, gürcü dilində təqdim ediləcək tamaşanın quruluşçu rejissoru Ketevan Samxaradze, əsas rolun ifaçısı isə Tbilisi Gənclər Teatrının aktrisası Aniko Şurqaiadır.

Təşkilat komitəsi Batumi Beynəlxalq Monodram Festivalını pandemiya səbəbindən onlayn rejimdə keçirməyi qərar alıb. Tamaşa Batuminin Acariya Televiziyası tərəfindən lentə alınıb və yaxın günlərdə onlayn nümayişi gözlənilir.