Ürəyə faydalı olan 7 qida

Ürəyə faydalı olan 7 qida
Oxunma sayı: 4956

Ürək-damar sistemi xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sıralarda gəlir.

“Qafqazinfo” xəbər verir ki, bunun səbəblərindən biri də qidalanma problemləridir.

Ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün aşağıdakı qidaları qəbul etmək tövsiyə edilir:

Yaşıl çay – yüksək miqdarda antioksidan, A, E və C vitaminləri ilə zəngindir. Bu isə ürək xəstəliklərinin qarşısının alınmasına təsir göstərir. Gündə azı 1 dəfə yaşıl çay içmək məsləhətdir.

Balıq - Omeqa-3 yağ turşusu ilə zəngin olan uzunüzgəc tunes də ürək xəstəliklərinə qarşı mübarizədə təsirli vasitədir. Həftədə azı 1 dəfə qida rasionuna daxil etmək lazımdır.

Şokolad – qara şokolad ürək və damar sisteminin sağlamlığı üçün faydalıdır. Gündə azı 2-3 parça qara şokolad yemək həm təzyiqi, həm də xolestrolu azaltmağa kömək edir.

Qoz- tərkibindəki yağ turşuları ürək xəstəliklərinə qarşı qoruyucu vasitədir. Qan təzyiqi olan xəstələrdə təzyiqi tənzimləyir, laxtalanmaya mane olur. Gündə bir neçə ovuc qoz yemək ürəyə gedən qan dövranını nizamlayır, damarların sərtləşməsinin qarşısını alır və ürək xəstəlikləri riskini azaldır.

Yulaf - tərkibindəki liflər sayəsində ürəyin sağlamlığını qoruyur. E və B vitaminləri ilə zəngin olduğundan xəstəliklərin qarşısını alır.

Qulançar – bədəndəki zərərli yağ hüceyrələrinin xaric edilməsinə və xolestrolun azalmasına kömək edir. Bu səbəbdən ürəyə faydalıdır.

İspanaq – kaliumla zəngin olan ispanaq xeyli miqdarda minerallarla zəngindir. Tərkibində Omeqa-3 yağ turşusu da var. Faydalı olması üçün buxarda bişirilmiş formada yemək məsləhətdir.