“Ukraynada münaqişə tərəfi olmayacağıq”

“Ukraynada münaqişə tərəfi olmayacağıq”
Oxunma sayı: 1029

“NATO Ukraynada münaqişə tərəfi olmayacaq”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. 

“Biz öz qüvvələrimizi birbaşa müharibəyə cəlb olunacaqları bölgəyə göndərməyəcəyik. Biz öz tərəfdaşlarımızı fəal olaraq dəstəkləyirik, lakin bizim əsas məsuliyyətimiz NATO ölkələrinin təhlükəsizliyini təmin etməkdir”, - deyə Stoltenberq söyləyib.