Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini azad etdi
Oxunma sayı: 2761

Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti Berislav rayonunun İvanovka kəndini azad edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb:

“Cənubi Buq istiqamətində Rusiya hərbçiləri Ukrayna qüvvələrinin fəaliyyəti nəticəsində İvanovka kəndini tərk edib”.

Qeyd edək ki, ötən həftədən başlayaraq Ukrayna ordusu rus qoşunlarını ikinci və üçüncü müdafiə xəttindən sıxışdıraraq müvəqqəti işğal olunmuş Xerson şəhərinə doğru uğurla irəliləyirlər. Hətta şəhərin bir sıra yaşayış məntəqələrini işğaldan azad ediblər.