“Ukrayna münaqişəsinin ilin sonuna qədər yekunlaşacağına şübhə ilə yanaşırıq”

ukrayna-munaqisesinin-ilin-sonuna-qeder-yekunlasacagina-subhe-ile-yanasiriq
Oxunma sayı: 998

"Vaşinqton Ukrayna münaqişəsinin ilin sonuna qədər yekunlaşacağına şübhə ilə yanaşır".

"Qafqazinfo" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi NATO-nun Madriddə keçirilən sammiti zamanı deyib.

“Bu səbəbdən biz əksər dünya ölkələri ilə birlikdə Ukraynaya yardımı davam etdirəcəyik”, - deyə Con Kirbi bildirib.

Sammitdən öncə NATO-nun Baş katibi Yens Stoltenberq blokun şərq cinahındakı hərbi birləşməsinin sayının 300 min nəfərədək artırılacağını bəyan edib. Jurnalistlərin bununla bağlı suallarını cavablandıran Con Kirbi NATO-nun şərq cinahında hərbi kontingentin sayındakı dəyişikliyi təxribat hesab etmək üçün Rusiyanın heç bir əsasının olmadığını vurğulayıb.

“Biz bu addımları atmağa məcburuq, çünki Rusiya regionda sabitliyi pozur”, – deyə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi əlavə edib.