Ukrayna Fridmanın 420 milyon dollarlıq əmlakına həbs qoydu

Ukrayna Fridmanın 420 milyon dollarlıq əmlakına həbs qoydu
Oxunma sayı: 1349

Ukrayna rusiyalı iş adamı Mixail Fridmanın Ukraynanın "Alfa-Bank"ındakı 12,4 milyard qriven (420 milyon dollar) məbləğində aktivlərinə həbs qoyub.

“Qafqazinfo” TASS-a isitnadən xəbər verir kİ, bunu Ukraynanın Baş prokuroru İrina Venediktova bildirib. Venediktova əlavə edib ki, “iş adamına bağlı Kipr şirkətlərinin bank hesablarında olan qiymətli kağızları”na da həbs qoyulub. 

Ukrayna Baş prokurorunun sözlərinə görə, bu vəsaitlər Rusiyaya çəkilmək üçün hazırlanırmış: 

“Rusiya istiqamətində vəsaitlərin hərəkəti Ukraynada hərbi əməliyyatlar başlamazdan bir neçə həftə əvvəl başlayıb və Rusiyanın xüsusi əməliyyatı başlayandan sonra intensivləşib”.