Ukrayna Əfqanıstandan 96 nəfər təxliyyə etdi

Ukrayna Əfqanıstandan 96 nəfər təxliyyə etdi
Oxunma sayı: 441

Ukrayna öz və digər ölkə vətəndaşlarından ibarət 96 nəfəri Əfqanıstandan təxliyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Ukrayna bu məsələdə yardımlarını davam etdirəcək.

96 nəfəri daşıyan təxliyyə təyyarəsi Kiyevdəki Borispol aeroportuna enib.