Ukrayna dairəsi daraldıldı, hərəkət çətinləşdi

Ukrayna dairəsi daraldıldı, hərəkət çətinləşdi
Oxunma sayı: 6993

Bakının Xətai rayonundakı Ukrayna dairəsi süni surətdə daraldılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.

Bildirilib ki, ərazidə yerləşən Heydər Əliyev parkının önünü heç bir səbəb olmadan bağlayıb, maşın “parkinq”ini dairəyə yaxınlaşdırıblar. Nəticədə dairə daralıb və nəqliyyatın hərəkətinə ciddi maneələr yaranıb.