Üç ildən sonra “Oskar”da ilk

Üç ildən sonra “Oskar”da ilk
Oxunma sayı: 1377

“Oskar” kino mükafatının təqdimetmə mərasimi son üç ildə ilk dəfə aparıcı ilə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Variety” jurnalı ABC telekanalının əyləncə bölməsinin başçısı Kreyq Erviçə istinadən yazıb. Mərasimi yayımlayacaq telekanalın nümayəndəsi aparıcının adını açıqlamayıb. 

Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu ildən – komediya aktyoru Kevin Hartın bu roldan imtina etdiyi vaxtdan aparıcısız keçirilirdi. Buna səbəb onun homofobiyada ittiham edilməsi olmuşdu.

Sayca 94-cü “Oskar” martın 27-də mərasimin keçirildiyi ənənəvi “Dolby” teatrında (Los-Anceles) keçiriləcək. Namizədlərin siyahısı fevralın 8-də açıqlanacaq.

Həmçinin oxuyun: Bu film 4 “Oskar” ala bilər