TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar - Foto

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar
Oxunma sayı: 1051

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib.

"Qafqazinfo" "AzərTAc"a istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına baxıblar. Füzuli şəhərində dağıdılmış məscidin və “Araz” qəzetinin binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın “Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı “Korkutname” əsərinin təqdimatı olub.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.