Türkiyənin xüsusi nümayəndəsindən İrəvandakı partlayışla bağlı başsağlığı

Türkiyənin xüsusi nümayəndəsindən İrəvandakı partlayışla bağlı başsağlığı
Oxunma sayı: 1262

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, diplomat bununla bağlı tviter səhifəsində yazıb.

“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”, - o bildirib.

Qeyd edək ki, “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 61 nəfər yaralanıb, 18 nəfər isə itkin düşüb.