Türkiyənin məşhur mebel brendi “Meqa Sığorta”nı məhkəməyə verdi

01.07.2021 | 16:07 Oxunma sayı: 21
Türkiyənin məşhur mebel brendi “Meqa Sığorta”nı məhkəməyə verdi

Türkiyənin tanınmış mebel şirkəti “Zivella” Azərbaycanda fəaliyyətdə olan “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verir.

"Kriminal Qafqaz" banker.az-a istinadən xəbər verir ki, bu barədə “Zivella Mobilya İnşaat Sanayi Ticaret Limited” Şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Kommersiya məhkəməsinə müraciət edilib.

Müraciətin detallarında yalnız işin mahiyyəti ilə bağlı məlumat var ki, bu da müqavilələrdən əmələ gələn öhdəliklər üzrə, yaxud alqı-satqı müqaviləsi üzrə mübahisələrdən irəli gəlir. Məhkəməyə, hakim Zeynəb Axundova sədrlik edəcək.

“Zivella” Azərbaycanda 2017-ci ilin fevralından nümayəndəlik açıb. Şirkətin Türkiyə ilə yanaşı, Azərbaycan və İngiltərədə mağazaları vardır.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BEG sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə, 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə, 9%-i isə Yaşar Əliyevə məxsusdur. Banker

Digər xəbərlər