Türkiyəli general azərbaycanlı yanğınsöndürənlərə hədiyyələr təqdim etdi - Fotolar

Türkiyəli general azərbaycanlı yanğınsöndürənlərə hədiyyələr təqdim etdi
Oxunma sayı: 1951

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirlərinə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, iyunun 28-də Türkiyənin Muğla bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmiş xarici yanğınsöndürmə qüvvələrinin mükafatlandırılması mərasimi keçirilib.

Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Milli Müdafiə Nazirliyinin Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.