Türkiyədə 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsinin episentri Kahramanmaraş şəhərindən 65 km şimal-qərbdə, ocağı isə 1 km-dən az dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.