Türkiyədə təyyarədə bomba həyəcanı

turkiyede-teyyarede-bomba-heyecani
Oxunma sayı: 1119

Türkiyədə Samsun-İstanbul istiqamətində uçuş həyata keçirməli olan “Pegasus” aviaşirkətinə məxsus təyyarədə insident yaşanıb.

“Qafqazinfo” “Cümhuriyyet”ə istinadən xəbər verir ki, sözügedən reys bomba həyəcanı səbəbindən ləğv olunub.

Məlumata görə, təyyarə bələdçisi hava gəmisinə daxil olan sərnişinlərdən birinin çantasına köməklik edib. Bu zaman bələdçi sərnişinə “Yükünüz necə də ağırdır” deyib. Sərnişin isə öz növbəsində “İçərisində bomba var, ona görə ağırdır” deyə cavab verib. 

Bunun ardınca sərnişinlər təxliyə olunub və təyyarədə axtarış əməliyyatına başlanılıb. Axtarışlara xüsusi itlər cəlb olunsa da, təyyarədə bomba aşkar olunmayıb. 

Çantasında bomba olduğunu iddia edən sərnişin isə polis tərəfindən dindirilib.