Türkiyədə sərnişin avtobusu aşdı - 40 yaralı

Türkiyədə sərnişin avtobusu aşdı
Oxunma sayı: 574

Türkiyənin Bartın şəhərində sərnişin avtobusu yoldan çıxaraq aşıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 40 nəfər yaralanıb.

Xəsarət alanlardan üçünün avtobus personalı olduğu bildirilib.

Hadisə yerinə gələn xilasedicilər yaralıları çətinliklə avtobusdan çıxara bilib.