Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğradı - Foto

turkiyede-rus-turistleri-dasiyan-avtobus-qezaya-ugradi
Oxunma sayı: 1441

Türkiyənin Muğla vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 29 rus turisti daşıyan avtobus betonqarışdırana çırpılıb.

Zərbənin təsirindən avtobus aşıb. Hadisə yerinə təcili yardım xidməti və polis cəlb edilib.

Ancaq qəzada ölən və yaralanan olmayıb. Bəzi turistlərdə xırda xəsarətlər qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.