Türkiyədə peyvənd olunanların sayı açıqlandı

Türkiyədə peyvənd olunanların sayı açıqlandı
Oxunma sayı: 2377

Türkiyədə vətəndaşlara koronavirus infeksiyasına qarşı peyvənd tətbiqi sürətlə davam etdirilir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, proses yanvarın 13-də başlasa da, artıq 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulub.

Vaksinasiyaya mərhələli şəkildə ölkənin bütün vətəndaşları cəlb ediləcək.