Türkiyədə PCR testi ilə bağlı qayda dəyişdi

Türkiyədə PCR testi ilə bağlı qayda dəyişdi
Oxunma sayı: 2106

Türkiyədə pandemiya ilə bağlı bir sıra qərarlar qəbul edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qərarlarla bağlı səhiyyə naziri Fahrettin Koca açıqlama verib. 

O bildirib ki, koronavirusun “omicron” variantı ölkədə epidemiya halına gəlib və yoluxma faktı əvvəlki ayla müqayisədə 4 dəfə artıb. 

"Peyvənd olunmuş təmaslı şəxslərin karantinə alınmamasına qərar verildi. Özünütəcrid rejimindən 7 gün sonra test vermədən karantindən çıxmaq olar. Bundan sonra isə PCR testi yalnız simptomlu xəstələrə ediləcək”, - deyə koca bildirib.