Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 930

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sutka ərzində 78 nəfər pandemiyanın qurbanı olub.

Bu gün 118 min 816 COVID-19 koronavirus testi aparılıb, bunlardan 8 min 104-ü müsbət çıxıb.

Ağır xəstə sayı 1189-dur. 5 min 690 nəfər koronavirus müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 529 min 450-yə çatıb.