Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 1161

Türkiyədə son sutka ərzində koronavirusdan 159 nəfər dünyasını dəyişib, 752-si simptomatik olmaqla 6 435 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

Bu barədə “Qafqazinfo” Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 24 487-yə, bu virusa yoluxanların sayı isə 2 406 216-ya çatıb.

Ümumilikdə 27 milyondan çox test aparılıb.