Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı yenə artdı
Oxunma sayı: 941

Türkiyədə son sutka ərzində koronavirusdan 161 nəfər dünyasını dəyişib, 7381 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 12,672-ə, yoluxanların sayı isə 460,916-a çatıb.

Ümumilikdə 17 milyondan çox  insan test olunub.