Türkiyədə karantin qaydaları yumşaldılır

Türkiyədə karantin qaydaları yumşaldılır
Oxunma sayı: 2230

Türkiyə hökuməti ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında videokonfrans şəklində iclas keçirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Anadolu Agentliyi” xəbər verib.

Dövlət başçısı bildirib ki, daha əvvəl koronavirus səbəbindən ölkədə tətbiq olunan karantin qaydaları iyunun 1-dən yumşaldılacaq. Həmin gündən etibarən şəhərlər arasında hərəkət qadağası tamamilə aradan qaldırılacaq, çimərliklər və milli parklar açılacaq.

Həmçinin yayın ilk günündən etibarən sürücülük kursları, kafelər, muzeylər və uşaq bağçaları işə başlayacaq.

Bundan başqa, iyunun 1-dən inzibati məzuniyyətdə olan və ya çevik iş sisteminə keçirilmiş dövlət qulluqçuları normal iş rejiminə qaytarılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi